Lavrov Əraqçiyə İran-ABŞ atəşkəsinin qorunmasının vacibliyini bildirib - YENİLƏNİB
Amerikalılarla danışıqlardan əvvəl İran xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.
Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya və İran xarici işlər nazirləri telefon danışığı zamanı regional məsələləri müzakirə ediblər.
Əraqçi Lavrovu ABŞ-ın Hörmüz boğazının qanunsuz dəniz blokadası və İran konteyner gəmisinin ələ keçirilməsi də daxil olmaqla, atəşkəs rejiminin pozulması ilə bağlı İslam Respublikasının mövqeyi barədə məlumatlandırıb.
Rusiya tərəfi atəşkəsin qorunmasının vacibliyini bir daha vurğulayıb və bildirib ki, bu, Pakistan vasitəçiləri tərəfindən əvvəlcə razılaşdırılmış və elan edilmiş parametrlər çərçivəsində müşahidə olunmalıdır.
İran tərəfi Rusiya gəmilərinin və yüklərinin Hörmüz boğazından maneəsiz keçməsini təmin etmək üçün mümkün olan hər şeyi etməyə hazır olduğunu bildirib.
***
21:10
Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında İran və ABŞ arasında atəşkəsin qorunmasının vacibliyini vurğulayıb.
TASS-ın məlumatına görə, Moskva tərəfi Pakistan vasitəçilərinin razılaşdırdığı şərtlər çərçivəsində atəşkəsin saxlanmasının və regionda gərginliyin yenidən artmasının qarşısının alınmasının əhəmiyyətini qeyd edib.
Eyni zamanda, İran tərəfi ABŞ-ın atəşkəs rejimini pozduğunu, o cümlədən Hörmüz boğazında dəniz blokadası və İran konteyner gəmisinin saxlanılması ilə bağlı mövqeyini Rusiya tərəfinə çatdırıb.
Lavrov həmçinin Rusiyanın İran və Fars körfəzi ölkələri arasında qarşılıqlı məqbul razılaşmaların əldə olunmasına dəstək verməyə hazır olduğunu bildirib.
Oxşar xəbərlər
Lavrov Əraqçi ilə İran-İsrail münaqişəsini müzakirə edib
Lavrov iranlı və türkiyəli həmkarları ilə Suriyadakı vəziyyəti müzakirə edib
Rusiya XİN: Əraqçi İran-BŞ danışıqlarının təfərrüatları barədə Lavrovu məlumatlandırıb
Rusiya və İran XİN rəhbərləri Çində görüşüb
Rusiya XİN: Əraqçi İran-ABŞ danışıqlarının təfərrüatları barədə Lavrovu məlumatlandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
