SN: Ebolanın Azərbaycanda yayılma riski aşağıdır, əhali üçün xüsusi tədbirlərə ehtiyac yoxdur
Ebola xəstəliyi Azərbaycan üçün endemik hesab edilmir və hazırda Azərbaycanda xəstəliyin yayılması riski aşağı qiymətləndirilir.
Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən Sizinxeber.az-nın sorğusuna cavab olaraq bildirilib ki, xəstəlik əsasən Afrika qitəsinin müəyyən regionlarında qeydə alınır və lokal xarakter daşıyır.
Bildirilib ki, mövcud beynəlxalq məlumatlara əsasən epidemiyanın digər regionlara geniş miqyasda yayılma ehtimalı hazırda məhdud hesab olunur: "Virus heyvanların (meyvə yarasaları, insanabənzər meymunlar və s.), eləcə də yoluxmuş şəxsin qanı və digər bioloji mayeləri ilə sıx təmas zamanı ötürülür, gündəlik sosial təmas yolu ilə yayılmır. Bu səbəbdən əhali üçün real epidemioloji təhlükə aşağı qiymətləndirilir.
Ölkəmizdə mümkün risklərin qarşısının alınması məqsədilə epidemioloji nəzarət tədbirləri davamlı şəkildə həyata keçirilir. Riskli ölkələrdən gələn və ya yoluxmaya şübhəli şəxslərlə təmasda olmuş şəxslər üzərində tibbi müşahidə təşkil olunur. Xəstəliyə şübhə yarandığı hallarda laborator müayinələrin aparılması üçün Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində zəruri laborator baza və test sistemləri mövcuddur".
Qeyd olunub ki, hazırkı mərhələdə əhali üçün əlavə məhdudiyyət və ya xüsusi tədbirlərə ehtiyac yoxdur: "Vətəndaşlara yalnız beynəlxalq səfərlər zamanı ümumi gigiyena qaydalarına riayət etmək və rəsmi mənbələrin məlumatlarını izləmək tövsiyə olunur.
Səhiyyə Nazirliyi vəziyyəti beynəlxalq təşkilatlarla birgə daim izləyir və zərurət yaranarsa ictimaiyyətə operativ məlumat veriləcəkdir".
Qeyd edək ki, Afrika regionunda, xüsusən Konqo Demokratik Respublikasında ebola virusu yayılıb. Azərbaycanda ebolanın yayılma riskinin olub-olmaması cəmiyyətdə narahatlığa səbəb olub.
Oxşar xəbərlər
SN: Azərbaycanda gəmiricilərdə hantavirusa rast gəlinmir, riskli ölkələrdən gələnlər müayinə ediləcək
Azərbaycanda metapnevmavirusa yoluxma halları qeydə alınmayıb - RƏSMİ
DGK: Meymunçiçəyinə görə riskli ölkələrdən daxil olan sərnişinlərə xüsusi diqqət yetirilir
Səhiyyə Nazirliyi: Hazırda daha çox A qripi qeydə alınır
SN: Azərbaycanda meymunçiçəyi xəstəliyinə dair şübhəli hallar qeydə alınmayıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ İrana zərbələr endirdi
-
İsrail Livandakı Bofor qalasını "təhlükəsizlik zonası"nın bir hissəsi kimi saxlayacaq
-
Azərbaycanın U-17 millisi Qazaxıstanla qarşılaşacaq
-
Bərdədə ağır yol qəzasında 10 nəfər xəsarət alıb - FOTOLENT - YENİLƏNİB-2
-
Əlcəzair Prezidenti Azərbaycanla imzalanmış memorandumu təsdiq edib
-
İsrail Livanın cənubunda hərbi əməliyyatları gücləndirib
