Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək
İyunun 6-7-də Bakıda klassik və sürət avtomobillərinin festivalı təşkil olunacaq.
Sizinxeber.az xəbər verir ki, “Classics & Supercars” festivalı Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Nazar Holdings”in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində keçiriləcək.
İki gün ərzində Bakı bulvarını müxtəlif illərə və ölkələrə aid klassik və sürət avtomobilləri bəzəyəcək.
Avtomobillər “Klassik avtomobillər zonası”, “Supercar zonası” və “İdman avtomobilləri” zonasında nümayiş olunacaq.
Festivalda Azərbaycan Avtomobil Federasiyasının avtomobil kolleksiyası, həmçinin tədbirə qeydiyyatdan keçmiş avtomobil sahiblərinin nəqliyyat vasitələri sərgilənəcək.
Sərgidə avtomobilləri ilə iştirak etmək istəyən şəxslər [email protected] elektron ünvanına və ya (+99450) 295 01 00 mobil nömrəsinə müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Ziyarətçilərin tədbirə girişi sərbəstdir.
Oxşar xəbərlər
Bakıda klassik avtomobillərin sərgisi keçirilir
Klassik avtomobillərin yürüşünə qoşulmaq üçün qeydiyyat başa çatır
Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçiriləcək
Mədəniyyət Nazirliyi “Yaşıl STEAM Azərbaycan” Festivalında təmsil olunur
Sərnişin və yük daşımaları üçün “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nı AYNA verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Buna görə milyonlarla insan işini itirə bilər - Putin
-
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər – Vacib açıqlama
-
Pensiyaya çıxmaq istəyən qadınlara mühüm XƏBƏR: Nələr dəyişir?
-
ABŞ Ebola şübhəsi olan vətəndaşları üçün Keniyada karantin mərkəzi yaradır
-
Finlandiya Ukrayna üzrə danışıqlar masasında Avropaya yer verməyə çağırıb
-
Amerikalı nazirdən İrana xəbərdarlıq: Vaşinqtonun səbri sonsuz deyil
