Aİ İsrailin təşkilatları və HƏMAS üzvlərinə qarşı sanksiyalar tətbiq edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
may
2026
00:30
0
0
1 232
ff aaaaaaa

Aİ İsrailin təşkilatları və HƏMAS üzvlərinə qarşı sanksiyalar tətbiq edib

29 may, 2026
00:30
1 232

Aİ İsrailin təşkilatları və HƏMAS üzvlərinə qarşı sanksiyalar tətbiq edib

Avropa İttifaqı (Aİ) İordan çayının Qərb sahilinə köçürülənlərin "ekstremist" fəaliyyətini dəstəkləyən şəxslərə və təşkilatlara qarşı yeni məhdudlaşdırıcı tədbirləri təsdiq edib.

"Report" xəbər verir ki, bu barədə Avropa Xarici Əlaqələr Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Sanksiya siyahısına "Naxala" hərəkatı və onun direktoru Daniella Vays, həmçinin "Reqavim" qeyri-hökumət təşkilatı və onun rəhbəri Meir Doyç daxil edilib. Siyahıda həmçinin Avixay Suissanın rəhbərlik etdiyi "Haşomer Yoş" QHT-si qeyd olunub.

HƏMAS-ın siyasi bürosunun 10 üzvü də "qara siyahı"ya daxil edilib.

Aİ-nin iddiasına görə, onlar qərar qəbulu prosesində mühüm rol oynayır və HƏMAS-ın hərbi qanadının, o cümlədən onun zorakılıq əməllərinin həyata keçirilməsinə əhəmiyyətli təsir göstərirlər.

Qeyd olunub ki, tətbiq edilən tədbirlər fələstin əhalisinin hüquqlarının pozulmasına cavab olaraq atılıb və aktivlərin bloklanmasını, resursların təqdim edilməsinə qadağanı və Aİ ölkələrinə girişin məhdudlaşdırılmasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul