Əfranıstanda yük maşınının aşması nəticəsində 18 nəfər ölüb, 35 nəfər yaralanıb
sizinxeber.az xəbər saytı

Əfranıstanda yük maşınının aşması nəticəsində 18 nəfər ölüb, 35 nəfər yaralanıb


Əfqanıstanın şərqində Pakistan sərhədindən qayıdan əfqan qaçqınlarını daşıyan yük maşınının aşması nəticəsində azı 18 nəfər ölüb, 35 nəfər yaralanıb. Ölənlər arasında 10 uşaq və 5 qadın olduğu bildirilir.

Bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, hadisə Ləğman vilayətində, Kabil ilə Nəngərharı birləşdirən əsas magistral yolda baş verib. Vilayət qubernatorunun sözçüsü Əbdül Malik Niazai bildirib ki, yaralılar dərhal Nəngərhar xəstəxanalarına yerləşdirilib.

Qəza zamanı maşında olan sərnişinlər son aylarda Pakistandan geri dönən minlərlə əfqan qaçqınlarının bir hissəsi olub. Pakistan 2023-cü ildən etibarən sənədsiz miqrantlara qarşı sərt tədbirlər görərək bir çoxlarını ölkədən çıxarıb. İran da eyni dövrdə əfqan miqrantların deportasiyasını artırıb.

Oxşar xəbərlər

Əfqanıstanda polis maşınının partlaması nəticəsində 6 nəfər ölüb, 5 nəfər yaralanıb
İranda yol qəzası baş verib, 4 nəfər ölüb, 14 nəfər yaralanıb
Türkiyədə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb
İranda zəncirvarı qəzada 3 nəfər ölüb, 11 nəfər yaralanıb
Almaniyada yük maşınının tramvayla toqquşması nəticəsində 1 nəfər ölüb, yaralananlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər