ABŞ və Kuba hərbi komandanlığı əməliyyat təhlükəsizliyini müzakirə ediblər » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
may
2026
04:00
0
0
1 684
ff aaaaaaa

ABŞ və Kuba hərbi komandanlığı əməliyyat təhlükəsizliyini müzakirə ediblər

30 may, 2026
04:00
1 684

ABŞ və Kuba hərbi komandanlığı əməliyyat təhlükəsizliyini müzakirə ediblər

ABŞ Cənub Komandanlığının (SOUTHCOM) rəhbəri general Frensis L. Donovan və Kuba Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Roberto Leqra Sotolonqo görüş keçirib.

"Report"un xəbərinə görə, bu barədə SOUTHCOM-un mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, hərbçilər Kubadakı "Quantanamo" bazası yaxınlığında görüşüb və operativ təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Bundan əlavə, Donovan bazanın təhlükəsizliyinin qiymətləndirilməsini aparıb və komandanlıqla şəxsi heyətin müdafiəsi, hərbi qulluqçuların və onların ailələrinin təhlükəsizliyi, eləcə də operativ hazırlıq səviyyəsi məsələlərini müzakirə edib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul