Seymur Əhmədov: Assosiasiyanın məqsədi Lüksemburq ilə Azərbaycan arasında körpü olmaqdır
Lüksemburqda yaşayan azərbaycanlıların sayının nəzərəçarpacaq dərəcədə artması ilə əlaqədar onlar üçün bir mərkəzin yaradılmasına ehtiyac yaranıb.
Bu barədə "Sizinxeber.az"un Avropa bürosuna Lüksemburq-Azərbaycan Dostluq Assosiasiyasının ("LuxAz") sədri Seymur Əhmədov məlumat verib.
Onun sözlərinə görə, assosiasiya 2024-cü ilin sonundan fəaliyyət göstərir, lakin indiyədək daimi binası olmayıb.
"Belə bir mərkəzə təkcə hersoqluqda yaşayan azərbaycanlıların deyil, digərlərinin də böyük ehtiyacı var. Hələ açılışdan əvvəl insanlar gələrək mərkəzin nə vaxt işə başlayacağını və fəaliyyətinin nə ilə bağlı olacağı ilə maraqlanırdılar", - S.Əhmədov qeyd edib.
O vurğulayıb ki, açılış tarixi təsadüfi seçilməyib və Azərbaycanın Müstəqillik Gününün qeyd edilməsi ilə üst-üstə düşür.
S.Əhmədovun sözlərinə görə, təşkilatın əsas məqsədi Azərbaycanla Lüksemburq arasında mədəni və işgüzar körpüyə çevrilməkdir.
"LuxAz"ın kommunikasiya meneceri Sevinc Ömərli bildirib ki, yeni mərkəzdə müxtəlif layihələrin həyata keçirilməsi, o cümlədən Azərbaycan, fransız və Lüksemburq dilləri kurslarının, fortepiano və gitara dərnəklərinin, eləcə də proqramlaşdırma üzrə İT kurslarının təşkili planlaşdırılır.
O qeyd edib ki, Lüksemburqda artıq 500-dən çox azərbaycanlı yaşayır və mərkəz həm böyüklər, həm də uşaqlar üçün tədbirlərin keçiriləcəyi məkana çevriləcək.
İlk tədbir 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunacaq.
"Biz həmçinin sərgilərin təşkilini planlaşdırırıq. Payızda isə "LuxAz" musiqi festivalında iştirak etməyi, eləcə də caz forumu təşkil etməyi planlaşdırır", - Ömərli əlavə edib.
Oxşar xəbərlər
Lüksemburqda Azərbaycan Evi açılıb
Lüksemburqda yaşayan Azərbaycan vətəndaşlarına səyyar konsulluq xidmətləri həyata keçiriləcək
Əli Əhmədov: Azərbaycan-Çin əməkdaşlığı böyük potensiala və yaxşı gələcəyə malikdir
Azərbaycan və Lüksemburq Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr olub
Azərbaycan ilk dəfə Lüksemburqda keçirilən beynəlxalq festivalda təmsil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arka sokaklar"ın bütün aktyorları "öldü"
-
Rəqəmsal inkişaf və uşaqların sosial şəbəkələrdə qorunması arasında balans: Azərbaycan üçün yeni çağırışlar - TƏHLİL
-
Xankəndidəki Mədəniyyət Mərkəzində mədəni-kütləvi tədbirlərin təşkili, kino və səhnə fəaliyyəti üçün zəruri şərait yaradılıb - FOTO
-
Nikoşur Dan Rusiyanın Konstansa şəhərindəki baş konsulunu "persona non-grata" elan edib
-
ABŞ və Kuba hərbi komandanlığı əməliyyat təhlükəsizliyini müzakirə ediblər
-
FHN-in Aran Regional Mərkəzi zona birinciliyi keçirib - FOTO
