Paşinyan seçiləcəyi təqdirdə yeni konstitusiyanın qəbulunu gündəmə gətirəcəyini açıqlayıb
sizinxeber.az xəbər saytı

Paşinyan seçiləcəyi təqdirdə yeni konstitusiyanın qəbulunu gündəmə gətirəcəyini açıqlayıb


Ermənistanın Baş naziri Nikol Paşinyan iyun ayında keçiriləcək parlament seçkilərində yenidən seçildikdən və qanunverici orqanda siyasi çoxluq qazandıqdan sonra Ermənistan üçün yeni konstitusiyanın qəbul edilməsi təşəbbüsünü irəli sürəcəyini açıqlayıb.

APA xəbər verir ki, o, bu barədə "Armenia TV"yə müsahibəsi zamanı danışıb.

"Bilirsiniz, biz heç vaxt Azərbaycanla və ya heç bir tərəfdaşla konstitusiya məsələsini müzakirə etməmişik. Çünki bu, yalnız bizim daxili gündəliyimizdir və biz bu gündəmdən çıxış edirik. Seçkilərdən və parlamentdə siyasi çoxluğun formalaşmasından sonra biz yeni konstitusiyanın qəbul edilməsi təşəbbüsünü irəli sürəcəyik", - Paşinyan bildirib.

Baş nazir onu da xatırladıb ki, yeni konstitusiyanın qəbul edilməsi 2018-2020-ci illərdən bəri gündəmdədir.

Oxşar xəbərlər

Paşinyan Konstitusiyaya dəyişikliyin mümkün olduğunu bildirib
Paşinyan: Yeni konstitusiyanın qəbul edilməsi zəruridir
Ekspert Onnik Krikoryan: Ermənistan vətəndaşlarının 88 faizi dəyişikliyə qarşı çıxa bilər
Paşinyan Ermənistanda yeni Konstitusiyanın qəbul edilməsinin vacibliyindən danışıb
Paşinyan yeni konstitusiyanın qəbul edilməsinin zəruriliyini bəyan edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər