Rubio: ABŞ və İran son 48 saatda danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edib
Son iki gün ərzində ABŞ İranla danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edib, bu məsələ ilə bağlı detallar gün ərzində açıqlanacaq.
"Report" xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar ilə birgə mətbuat konfransında bildirib.
"İran ətrafındakı vəziyyətə gəldikdə düşünürəm ki, bu gün daha sonra bu mövzuda xəbərlər olacaq və mən prezidentə (ABŞ Prezidenti Donald Trampa - red.) bu barədə əlavə bəyanatlar vermək imkanı yaradacağam. Bunu demək kifayətdir ki, son 48 saat ərzində Fars körfəzi regionundakı tərəfdaşlarla çərçivə planının yaradılması üzərində işdə müəyyən irəliləyiş əldə etmək mümkün olub. İrəliləyiş yekun olmasa da, əhəmiyyətlidir", - o bildirib.
Dövlət katibinin fikrincə, uğurlu olacağı təqdirdə, bu plan ABŞ-yə nəinki rüsumlar alınmadan boğazların tam açılmasına nail olmağa, həm də İranın nüvə silahı yaratmaq sahəsindəki əvvəlki ambisiyalarının əsasında dayanan bir sıra əsas amilləri aradan qaldırmağa imkan verəcək.
"Beləliklə, biz hesab edirik ki, əgər işə yarayarsa, bizə məhz belə bir nəticəni təmin edəcək konsepsiyanın işlənib hazırlanmasında irəliləyişə nail ola bilmişik. Təbii ki, bunun üçün İran tərəfindən tam razılıq, daha sonra isə əldə olunmuş razılaşmalara onun tərəfindən ciddi şəkildə riayət edilməsi tələb olunacaq. Bundan əlavə, detalların razılaşdırılması üzrə gələcək işlər tələb olunacaq", - Rubio vurğulayıb.
O yenidən təkrar edib ki, Vaşinqton problemin diplomatik həllinə üstünlük verir və yaxın saatlarda "dünya yaxşı xəbərlər eşidə bilər".
Oxşar xəbərlər
Rubio: İranla danışıqlarda müəyyən irəliləyiş əldə olunub
Rubio İranla danışıqlardan razı olsa da, Tehrana yenə xəbərdarlıq edib
Rubio: Danışıqlarda irəliləyiş olmasa, Konqres Rusiyaya qarşı sanksiyaları sərtləşdirə bilər
Pakistan XİN başçısı: ABŞ-İran münaqişəsinin nizamlanması üzrə danışıqlarda irəliləyiş əldə olunub
Rubio: ABŞ, irəliləyiş olmasa, Ukrayna ilə bağlı danışıqlardan çıxacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi istehlak xərclərinin 77 %-ini formalaşdırıb
-
Azərbaycan qlobal miqyasda artan nüfüzunu bir daha təsdiq etdi - RƏY
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
