Qüdrət Həsənquliyev: Ailələrin qız övladlarından niyə imtina etməsi araşdırılmalıdır
Ailələrin qız övladlarından niyə imtina etməsi araşdırılmalıdır.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı” müzakirəsi zamanı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Qüdrət Həsənquliyev bildirib ki, evliliklərin sayı azalır, boşanmalar artır, uşaq doğumunun sayı azalır, selektiv abortların sayı artır: “Yəni bunun səbəbləri dövlət komitəsində araşdırılıbmı? Bununla bağlı hökumətə, Prezidentə hər hansı təkliflər göndərilirmi?”.
Deputat uşaqların gözü qarşısında heyvan kəsimini də doğru hesab etmir: “Qarşıdan Qurban bayramı gəlir. Biz çox təəssüflə müşahidə edirik ki, balaca uşaqların gözü qarşısında heyvanlar kəsilir. Halbuki, Məhəmməd peyğəmbər buyurub ki, nəinki uşaqların, başqa heyvanın qarşısında da digər heyvan kəsilməməlidir. Bu gün ailə zorakılığının bir kökü oradan başlayır.
Nə qədər maarifləndirmə işi ilə məşğul olsaq da, köklü iqtisadi islahatlar cəmiyyətdə aparılmadan, dövlət tərəfindən ciddi sosial proqramlar həyata keçirilmədən biz bu problemlərə qarşı mübarizə apara bilməyəcəyik. Selektiv abortun səbəbləri araşdırılmalıdır ki, niyə ailələr qız övladlarından imtina edir. Bu səbəbləri araşdırıb, bir xəstəliyə diaqnoz qoymadan ona qarşı effektiv mübarizə aparmaq mümkün deyil”.
Oxşar xəbərlər
Qüdrət Həsənquliyev: Lerikdə tövlə tikmək üçün gəlib Bakıdan icazə almaq lazımdır
Qüdrət Həsənquliyev: Azərbaycanda effektiv mübarizə təşkil olunub, cinayətkarlığın səviyyəsi artmır
Neft Emalı Zavodunun Bakıdan kənara köçürülməsi təklif olunub
Qüdrət Həsənquliyev: Dövlət müəssisələrindən proqnozlaşdırılan dividendin həcmi çox azdır, özəlləşdirməyə getməliyik
Deputat: Qiymət artımı nə vaxtdan istehlakçıların hüquqlarının müdafiəsi hesab olunur?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
