Kiçikhəcmli gəmi istifadəçiləri üçün silsilə maarifləndirmə tədbirləri keçirilib
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirib.
FHN-dən Sizinxeber.az-ya verilən xəbərə görə, “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən növbəti belə tədbirlər Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsində, Xaçmaz rayonunun Niyazoba kəndində, Lənkəran rayonunun Nərimanabad qəsəbəsində, Mingəçevir şəhərinin Kür çayının sahilinə düşən hissəsində və Neftçala rayonunun Bankə qəsəbəsində təşkil edilib.
Tədbirlərdə kiçikhəcmli gəmi istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlıqları barədə məlumat verilib. Həmçinin, kiçikhəcmli gəmilərə texniki nəzarətin mövcud tələblərinə dair normalar izah olunub, sözügedən su nəqliyyatı vasitələrinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada texniki baxışdan keçirilməsinin və sürücülük hüququ üçün müvafiq vəsiqələrin alınmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən, naviqasiya avadanlıqlarından istifadə qaydaları ilə bağlı da maarifləndirilib.
Sonda gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.
Oxşar xəbərlər
Gəmilərin istismarı ilə əlaqədar nəzarət tədbirləri həyata keçirilib
Kiçikhəcmli gəmilərə texniki baxış keçirilib
FHN dumanla əlaqədar gəmi istifadəçilərinə müraciət edib
Su hövzələrində təhlükəsizliklə bağlı müşavirələr keçirilib
Samuxda süni sututarda 1 nəfər batıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arka sokaklar"ın bütün aktyorları "öldü"
-
Rəqəmsal inkişaf və uşaqların sosial şəbəkələrdə qorunması arasında balans: Azərbaycan üçün yeni çağırışlar - TƏHLİL
-
Xankəndidəki Mədəniyyət Mərkəzində mədəni-kütləvi tədbirlərin təşkili, kino və səhnə fəaliyyəti üçün zəruri şərait yaradılıb - FOTO
-
Nikoşur Dan Rusiyanın Konstansa şəhərindəki baş konsulunu "persona non-grata" elan edib
-
Putin Ermənistanın Aİİ-dən çıxmasının nəticələrindən danışıb
-
FHN-in Aran Regional Mərkəzi zona birinciliyi keçirib - FOTO
