FHN-in Aran Regional Mərkəzi zona birinciliyi keçirib - FOTO
sizinxeber.az xəbər saytı

FHN-in Aran Regional Mərkəzi zona birinciliyi keçirib - FOTO


Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, FHN-in təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan yarışda Regional Mərkəzin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər.

Yarış “Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” adlı iki mərhələdən ibarət olub

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Naftalan şəhər İ. Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi I yerə, Mingəçevir şəhər Y. Muradov adına 11 nömrəli tam orta ümumtəhsil məktəbi II yerə, Yevlax rayonu, B. Alıyev adına Salahlı kənd tam orta ümumtəhsil məktəbi isə III yerə layiq görülüb.

Qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

Oxşar xəbərlər

“Gənc xilasedici və yanğınsöndürən” XIII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib
“Gənc xilasedici və yanğınsöndürən” Ümumrespublika yarışlarının zona birinciliyini keçirib
FHN-in Cənub Regional Mərkəzi zona birinciliyi keçirib
FHN-in Qarabağ Regional Mərkəzi zona birinciliyi keçirib
Gəncədə “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər