Almaniyada yük maşınının tramvayla toqquşması nəticəsində 1 nəfər ölüb, yaralananlar var
Almaniyanın cənub-qərbində Ubştadt-Vayer (Baden-Vürtemberq) icmasında yük maşınının tramvayla toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
Məlumata görə, qəza saat 14:15 radələrində (Bakı vaxtı ilə 17:15) dəmir yolu keçidində baş verib. Yük maşınının sürücüsü qısa yoldan istifadə etmək qərarına gəlib və kəsişməni keçərkən işıqforun qırmızı işığına məhəl qoymayıb.
Qeyd olunur ki, toqquşma zamanı tramvayda yeddi sərnişin olub, onlardan üçü yüngül xəsarətlər alıb. Tramvayın qarşısından onun sürücüsünə aid olduğu ehtimal edilən meyit çıxarılıb. Yük maşınının sürücüsü müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə əlaqədar magistral yol hər iki istiqamətdə bağlanıb. Xilasetmə xidmətləri genişmiqyaslı əməliyyat keçirib.
Oxşar xəbərlər
KİV: Almaniyada qatarla yük maşınının toqquşması nəticəsində 12 nəfər xəsarət alıb
Almaniyada məktəb avtobusu tramvayla toqquşub, 12 nəfər xəsarət alıb
Bolqarıstanda avtobusla yük maşınının toqquşması nəticəsində 4 nəfər ölüb
Tatarıstanda minik və yük avtomobilləri toqquşub, ölənlər var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Çexiya - Meksika oyunu başlayıb
