Xankəndidəki Mədəniyyət Mərkəzində mədəni-kütləvi tədbirlərin təşkili, kino və səhnə fəaliyyəti üçün zəruri şərait yaradılıb - FOTO
Xankəndi şəhərində yerləşən Mədəniyyət Mərkəzi əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.
Sizinxeber.az-nın Qarabağ bürosunun xəbərinə görə, ötən əsrin 60-70-ci illərində tikilmiş binada uzunmüddətli istismar nəticəsində yaranan aşınma və texniki qüsurlar aradan qaldırılıb, obyekt müasir tələblərə uyğun bərpa edilib.
Yenidənqurma işləri çərçivəsində mərkəzdə mədəni-kütləvi tədbirlərin təşkili, kino və səhnə fəaliyyəti, yaradıcılıq dərnəklərinin fəaliyyəti, təlim və məşğələlərin keçirilməsi üçün zəruri şərait yaradılıb.
Üçmərtəbəli binada akt və kino zalları, müxtəlif sahələr üzrə dərnəklərin fəaliyyət göstərəcəyi çoxfunksiyalı məkanlar, qrim otaqları, bufet, kassa və suvenir mağazası yerləşir. Mərkəzin 348 yerlik zalında konsertlərin, tamaşaların, film nümayişlərinin, təqdimatların, rəsmi görüşlərin və digər tədbirlərin keçirilməsi mümkün olacaq.
Yenidənqurmadan sonra Mədəniyyət Mərkəzi əhalisi və tələbə sayı artan Xankəndinin mədəni həyatının canlanmasına töhfə verəcək, şəhərdə kütləvi tədbirlərin keçirilməsi üçün əsas məkanlardan birinə çevriləcək.
Oxşar xəbərlər
Prezident Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib
Xankəndidə ötən əsrin sonlarında inşa edilən Mədəniyyət Mərkəzi yenidən istifadəyə verilib
İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib
Mədəniyyət Nazirliyi Moskva Kino Həftəsində təmsil olunub
Kino Günü qeyd olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Buna görə milyonlarla insan işini itirə bilər - Putin
-
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər – Vacib açıqlama
-
Pensiyaya çıxmaq istəyən qadınlara mühüm XƏBƏR: Nələr dəyişir?
-
ABŞ Ebola şübhəsi olan vətəndaşları üçün Keniyada karantin mərkəzi yaradır
-
Finlandiya Ukrayna üzrə danışıqlar masasında Avropaya yer verməyə çağırıb
-
Amerikalı nazirdən İrana xəbərdarlıq: Vaşinqtonun səbri sonsuz deyil
