Əfqanıstanda polis maşınının partlaması nəticəsində 6 nəfər ölüb, 5 nəfər yaralanıb
Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində polis maşınının partlaması nəticəsində 6 nəfər ölüb, 5 nəfər yaralanıb.
APA xəbər verir ki, bu haqda “Khaama Press” avqustun 22-də polisə istinadən məlumat yayıb.
Taliban polis idarəsinin nümayəndəsinin sözlərinə görə dini məktəbin azı 6 şagirdi öldürülüb. Daha bir tələbə və dörd Taliban üzvü yaralanıb.
Polis maşınının marşrutunda partlayış yerli vaxtla saat 12:30-da baş verib. Bu zaman tələbələr və onların müəllimləri təhsil məqsədi ilə Dara Nur bölgəsinə gediblər.
Qeyd olunur ki, ərazidə fəaliyyət göstərən qruplardan heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.
Eyni zamanda, agentlik son vaxtlar İŞİD yaraqlılarının tez-tez Taliban tərəfdarlarına qarşı hücumlar həyata keçirməyə başladığını, bununla da regionda vəziyyətin qeyri-sabitliyinə şərait yaratdığını diqqətə çatdırıb.
Oxşar xəbərlər
Polşada partlayış nəticəsində iki nəfər ölüb, yaralılar var
Suriyanın Azzaz rayonunda bombalı hücum olub, 9 ölü, 14 yaralı
Qəzzada ölən fələstinlilərin sayı 40 minə yaxınlaşır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
