WUF13 Azərbaycanın artan diplomatik və təşkilatçılıq potensialını ortaya qoydu - RƏY » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
25 
may
2026
16:00
ff aaaaaaa

WUF13 Azərbaycanın artan diplomatik və təşkilatçılıq potensialını ortaya qoydu - RƏY

25 may, 2026
16:00
904

WUF13 Azərbaycanın artan diplomatik və təşkilatçılıq potensialını ortaya qoydu - RƏY

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Azərbaycanın getdikcə güclənən diplomatik imkanlarını və təşkilatçılıq bacarığını aydın şəkildə nümayiş etdirdi.

Bu barədə "Sizinxeber.az"a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

Onun sözlərinə görə, sessiya yüksək səviyyədə təşkil edilmişdi:

"Azərbaycan bu cür böyük tədbirlərin həyata keçirilməsində qabaqcıl metodlardan yararlanır. Ölkəmiz dörd il müddətində Qoşulmama Hərəkatına rəhbərlik edərək əhəmiyyətli uğurlar əldə edib. Bu yenilikçi addımların, innovativ yanaşmaların və mütərəqqi ideyaların bəhrəsi idi. Azərbaycan diplomatiyası bu sahədə artıq ciddi təcrübə toplayıb. Bizim elitamız bu kimi məsələlərdə səfərbər olmaq qabiliyyətinə malikdir. Biz Qoşulmama Hərəkatına sədrlik dövründə parlamentlərarası şəbəkə qura bildik, qeyri-hökumət təşkilatları üçün yeni platformaların formalaşmasına şərait yaratdıq".

T.Abbasov deyib ki, Azərbaycan WUF13-də də siyasi elitalar və xalq diplomatiyasının təmsilçilərinin prosesə qoşulduğu format təqdim etdi:

"Bu tədbirlərin keçirilməsi baxımından artıq Azərbaycan məktəbindən söhbət açmaq mümkündür. Həmçinin WUF13 çərçivəsində Bakıdan kənarda 9 şəhərdə festivallar reallaşdırıldı. İştirakçılar Azərbaycanın bölgələri ilə yaxından tanış olma imkanı qazandılar. Bu, olduqca gözəl bir yanaşma idi. Meksikada keçiriləcək növbəti sessiya Azərbaycanın nümunəsindən faydalı təcrübə əldə etdi".

Politoloq vurğulayıb ki, WUF13 mükəmməl nümunə yaradıb və öz əhəmiyyətli izini buraxıb:

"Ümumdünya Şəhərsalma Forumu 2000-ci illərin əvvəlindən etibarən təşkil olunur. Əgər Azərbaycanın bu istiqamətdə bacarığı, təcrübəsi və innovativ gedişləri mövcud olmasaydı, belə bir tədbirin keçirilməsi bizə tapşırılmazdı. Biz dünyaya tədbirin necə təşkil olunacağını göstərdik. Biz sübut etdik ki, bacarıqlı millətik, yenilikçi yanaşmaları tətbiq etmək bizim üçün əngəl deyil. Azərbaycan həm COP29, həm də WUF13-də öz artan potensialını ortaya qoydu. Biz dünya miqyasında orta gücün nəyi ifadə etdiyini əməli şəkildə isbat edirik. Azərbaycan nümayiş etdirir ki, bizim imkanlarımız dinamik xarakter daşıyır, biz həm nəzəri, həm də praktiki qabiliyyətlərimizi daim inkişaf etdiririk".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul