Münhen Beynəlxalq Hava Limanı dronlara görə fəaliyyətini müvəqqəti dayandırıb
sizinxeber.az xəbər saytı

Münhen Beynəlxalq Hava Limanı dronlara görə fəaliyyətini müvəqqəti dayandırıb


Almaniyanın Münhen Beynəlxalq Hava Limanında bu gün səhər saatlarında pilotsuz uçuş aparatlarının ərazidə müşahidəsi səbəbilə hava hərəkəti müvəqqəti dayandırılıb.

“Bild” xəbər verir ki, PUA şübhəsi ilə təhlükəsizlik tədbirləri görülüb və həm uçuş-enmə zolaqları bağlanıb, həm də ümumi hava əməliyyatları qısa müddətə dayandırılıb. Polis hadisə yerinə cəlb olunub və araşdırma aparılıb.

Hava limanı əməliyyatları bərpa etsə də, bəzi reyslərdə gecikmə və ləğvlər qeydə alınıb.

Hazırda vəziyyət nəzarət altındadır və araşdırma davam edir.

Oxşar xəbərlər

Münxen beynəlxalq hava limanı naməlum uçan obyektə görə fəaliyyətini dayandırıb
Fransanın şərqində hava limanı təhlükəsizlik səbəbindən boşaldılıb
Mahaçqala hava limanı fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb
Kaluqa hava limanının fəaliyyəti dayandırılıb
Kazan hava limanında uçuşlar müvəqqəti dayandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər