Honkonqda qasırğaya görə 500 uçuş təxirə salınıb
Çinin Honkonq xüsusi inzibati ərazisində “Vifa” qasırğasına görə ilin ən yüksək həyəcan səviyyəsi - T8 elan edilib, 500-dən çox uçuş təxirə salınıb.
Sizinxeber.az Çin mediasına istinadla xəbər verir ki, gecəyarı qüvvəyə minən T8 xəbərdarlığı iyulun 20-də bütün günü qüvvədə olacaq. Proqnozlara görə “Vifa” səhər saatlarında Mirvari çayının deltasına olduqca yaxın, Honkonqdan təxminən 50 kilometr cənubda olacaq.
Honkonq beynəlxalq hava limanından bildiriblər ki, iyulun 20-də saat 6:00-dan axşam 12:00-dək heç bir təyyarə havaya qalxmayacaq. Bununla belə, hazırda uzaq məsafələrdən Honkonq istiqamətində uçuş yerinə yetirən az sayda təyyarənin enişinə icazə veriləcək. Ümumilikdə, qasırğa ilə əlaqədar iyulun 19-da 22, iyulun 20-də isə 497 uçuş (enmə və qalxma) ləğv edilib. Ləğv olunan və ya təxirə salınan uçuşların sərnişinlərə dəstək üçün 1000 işçi cəlb olunub.
Oxşar xəbərlər
İtaliyada bu günə təyin olunmuş bütün futbol qarşılaşmaları təxirə salınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya hava limanlarında 287 reys ləğv edilib, 106 reys təxirə salınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Honkonq ABŞ-nin rüsum qərarından ÜTT-yə şikayət edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaponiyada 230-dan çox aviareys ləğv olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
İyulun 1-dən dəfn pulu 600 manat olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













