Məhkəmə Ekspertizası Mərkəzi ilə AzTU arasında memorandum imzalanıb
Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin müasir çağırışlara uyğun inkişaf etdirilməsi, yüksəkixtisaslı ekspert kadrların hazırlanması və elmlə praktikanın vəhdətinin gücləndirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Nazirlikdən Sizinxeber.az-ya verilən xəbərə görə, Memoranduma əsasən qurumlar məhkəmə ekspertizası sahəsində insan resurslarının hazırlanması, tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, elmi-tədqiqat fəaliyyətinin təşviqi, innovativ texnologiyaların ekspertiza proseslərinə inteqrasiyası və birgə elmi nəşrlərin hazırlanması istiqamətlərində əməkdaşlıq edəcəklər.
Əməkdaşlıq çərçivəsində Azərbaycan Texniki Universitetinin informasiya texnologiyaları, telekommunikasiya, maşınqayırma, metallurgiya, nəqliyyat, logistika və energetika ixtisasları üzrə təhsil alan tələbələri Məhkəmə Ekspertizası Mərkəzində təcrübə keçmək imkanı əldə edəcəklər, həmçinin müvafiq sahələr üzrə ekspertlərin hazırlanmasına yönəlmiş xüsusi təlim proqramları həyata keçiriləcəkdir. Eyni zamanda, məhkəmə-kompüter texniki ekspertizası, yol-nəqliyyat hadisələrinin ekspertizası, yanğın və texnoloji partlayışların tədqiqi kimi aktual istiqamətlər üzrə birgə elmi layihələrin və ixtisasartırma proqramlarının reallaşdırılması nəzərdə tutulur.
Memorandum, həmçinin məhkəmə ekspertizası sahəsində elmi biliklərin genişləndirilməsi, təhsil və praktika arasında əlaqələrin möhkəmləndirilməsi, gənc mütəxəssislərin ekspert fəaliyyətinə cəlb olunması və ölkədə ekspertiza fəaliyyətinin beynəlxalq standartlara uyğun inkişafına töhfə verəcək mühüm əməkdaşlıq platforması formalaşdırır.
Qeyd edək ki, Əməkdaşlıq Memorandumu Azərbaycan Respublikası Prezidentinin 11 dekabr 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026–2030-cu illər üçün Konsepsiya”da nəzərdə tutulan tədbirlərin, o cümlədən məhkəmə eksperti ixtisası üzrə tələb olunan baza ali təhsil sahələrinin müəyyənləşdirilməsi və bu sahələr üzrə ixtisaslı kadrların məhkəmə ekspertizası fəaliyyətinə cəlb edilməsi istiqamətində işlərin həyata keçirilməsi məqsədilə imzalanıb.
Oxşar xəbərlər
Azərbaycanda Məhkəmə Ekspertizası Şurası yaradılıb
DİN və ADA Universiteti arasında memorandum imzalanıb
Məhkəmə Ekspertizası Şurasının ilk iclası keçirilib, katib təyin olunub
Ədliyyə Nazirliyi ilə Azərbaycan Universiteti əməkdaşlıq memorandumu imzalayıb
Ədliyyə Nazirliyinin Probasiya xidməti BDU ilə əməkdaşlıq edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
-
DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilməyib - YENİLƏNİB-3
-
ABŞ Prezidenti: “Hizbullah”la kiçik bir söhbət etməliyik
-
Moskva-Naxçıvan reysində qadın sərnişin təyyarənin qapısını tualetlə səhv salaraq açmağa cəhd edib
