Hesablama Palatası: Azərbaycanın idxalı orta hesabla 27 %-ə yaxın bahalaşıb
sizinxeber.az xəbər saytı

Hesablama Palatası: Azərbaycanın idxalı orta hesabla 27 %-ə yaxın bahalaşıb


2025-ci ildə Azərbaycana idxal edilən məhsulların qiymətləri 2024-cü illə müqayisədə orta hesabla 26,6 % çox olub.

"Report" xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, ölkədəki qiymət artımında əsas ticarət tərəfdaşlarındakı inflyasiya meylləri də rol oynayıb. Ötən il bu tərəfdaşlar arasında ən yüksək inflyasiya Türkiyədə müşahidə olunub - 34,1 %. Rusiyada bu göstərici 8,7 %, Çində isə 0,1 % olub.

Qurumun qənaətinə görə, idxal inflyasiyası ilə yanaşı daxili tələbin artması və bəzi tənzimlənən xidmətlərin tariflərinin yüksəldilməsi ötən il ölkədə inflyasiyanın əsas hərəkətverici amilləri olub.

Oxşar xəbərlər

Hesablama Palatası: Tikinti sektoru ötən il gözləntiləri doğrultmayıb
Hesablama Palatası: Turizm sektoru ötən il hədəflərə tam nail ola bilməyib
Azərbaycanda orta illik inflyasiya 2028-ci ildə 3,8 %-ə enəcək
Hesablama Palatası: Azərbaycan bu il 38 milyard kubmetrə yaxın əmtəəlik qaz hasil edəcək
Hesablama Palatası: Yeni layihələrin maliyyələşdirilməsinə üstünlük verilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər