Honkonq ABŞ-nin rüsum qərarından ÜTT-yə şikayət edəcək
sizinxeber.az xəbər saytı

Honkonq ABŞ-nin rüsum qərarından ÜTT-yə şikayət edəcək


ABŞ-nin Honkonq məhsullarının idxalına 10 faiz rüsum tətbiq etməsi qərarı ilə əlaqədar ölkə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edəcək.

“Sizinxeber.az” Çin mediasına istinadən xəbər verir ki, bu barədə Honkonq hökuməti bu gün bildirib.

Qeyd olunub ki, ABŞ Prezidenti Donald Trampın elan etdiyi tədbirlər ÜTT qaydalarına son dərəcə ziddir və şəhərin ayrı olan gömrük ərazisi statusuna məhəl qoymur.

"Honkonq hökuməti öz qanuni hüquqlarını qorumaq üçün ÜTT-nin mübahisələrin həlli mexanizminə uyğun olaraq ABŞ-nin əsassız tədbirlərinə qarşı prosedurlara başlayacaq", - hökumət nümayəndəsi bildirib.

Oxşar xəbərlər

Honkonq polisi reyd zamanı yarım tondan çox kokain ələ keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kanada Çin istehsalı olan “Tesla”nın idxalına 100% rüsum tətbiq edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kanada ABŞ-dən 155 milyard dollarlıq mallara 25% cavab rüsumları tətbiq edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Kanada, Çin və Meksikadan idxal edilən mallara rüsum tətbiq edəcək - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ fevralın 4-dən Kanada mallarına 25 faizlik rüsum tətbiq edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər