Qrossi: ABŞ-ın İsfahandakı nüvə obyektinə endirdiyi zərbə zamanı uranın emal edildiyi binalar zədələnib
Danışıqlar İranın gələcəkdə nüvə silahı hazırlamasının qarşısını almağın yeganə yoludur.
Sizinxeber.az xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi ABŞ-ın hücumlarından sonra İrandakı vəziyyətlə bağlı bugünkü fövqəladə iclasda deyib.
Onun sözlərinə görə, ABŞ-ın İsfahandakı İran nüvə obyektinə endirdiyi zərbə zamanı uranın emal edildiyi binalar zədələnib:
“ABŞ-ın İsfahandakı İran nüvə obyektinə endirdiyi zərbə zamanı binalar, o cümlədən uranın emal edildiyi binalar zədələnib. AEBA İranın Fordo bölgəsindəki obyektdə zərbə kraterlərini də qeydə alıb, lakin zərəri qiymətləndirmək mümkün deyil.”.
Qrossi bildirib ki, İran nüvə obyektlərindən yanacaq nəqli ilə bağlı AEBA-nı xəbərdar etməlidir:
“İran nüvə obyektlərindən ölkənin digər məntəqələrinə yanacaq ötürülməsi barədə AEBA-nı xəbərdar etməlidir”, - AEBA rəhbəri qeyd edib.
O əlavə edib ki, danışıqlar İranın gələcəkdə nüvə silahı hazırlamasının qarşısını almağın yeganə yoludur: “Hərbi eskalasiya təhlükəlidir”.
Oxşar xəbərlər
Qrossi sabah AEBA-nın İranla bağlı təcili iclasını çağırıb
Qrossi: İranın nüvə obyektləri İsrailin zərbəsi nəticəsində zərər görməyib
Rafael Qrossi İran Prezidentindən görüş üçün cavab aldığını açıqlayıb
İran AEBA-nı İsfahanda radiasiya səviyyəsinin dəyişmədiyi barədə məlumatlandırıb
Qrossi İranı AEBA ilə əməkdaşlığa çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













