sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Daşkənddə Azərbaycan və Özbəkistan baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb
Azərbaycan və Özbəkistanın baş nazirləri Əli Əsədov və Abdulla Aripovun iştirakı ilə iki ölkə arasında sənədlər imzalanıb.
"Report"un müxbirinin Daşkənddən verdiyi məlumata əsasən, sənədlər "AzerGold" QSC-nin iştirakı ilə Özbəkistanda qızıl yatağının birgə işlənilməsini, həmçinin "Azərbaycan Beynəlxalq Bankı" ASC ilə Özbəkistanın aidiyyəti qurumu arasında bank sahəsində əməkdaşlığı və NEQSOL Holding şirkətinin iştirakı ilə Özbəkistanda əhəmiyyətli faydalı qazıntıların birgə işlənilməsini nəzərdə tutur.
Qeyd edək ki, Ə.Əsədov Özbəkistan tərəfinin dəvəti ilə V Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün bu ölkədə işgüzar səfərdədir.
Oxşar xəbərlər
Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyasının 14-cü iclası olacaq
Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
Azərbaycan Özbəkistanın tikinti sektoruna investisiya yatıra bilər
Şarof Rəhmanov: “Daşkənddə Azərbaycan biznesinin iştirakı ilə 300 milyon dollarlıq hotel tikilir”
Azərbaycanla Belarus arasındakı əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
-
DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilməyib - YENİLƏNİB-3
-
Pezeşkian: İran regionda yeni şərait yarada bilər
