Azercell-in dəstəyi ilə “RobotChallenge Azerbaijan 2026” uğurla başa çatıb
sizinxeber.az xəbər saytı

Azercell-in dəstəyi ilə “RobotChallenge Azerbaijan 2026” uğurla başa çatıb


Yarışın nəticələrinə əsasən ümumilikdə 36 komanda mükafatçılar sırasına daxil olub

Azercell-in dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə keçirilən “RobotChallenge Azerbaijan 2026” uğurla yekunlaşıb. Dünyanın ən nüfuzlu robototexnika yarışlarından biri olan “RobotChallenge”in ilk yerli mərhələsi gənclər arasında STEAM təhsilinin təşviqinə və ölkədə innovasiya ekosisteminin inkişafına töhfə verən mühüm platformaya çevrilib.

Yarışda Azərbaycanın müxtəlif bölgələrindən və xarici ölkələrdən 600-dən çox iştirakçı, 200-dən artıq komanda mübarizə aparıb. Yarışın açılış mərasimində Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İndira Hacıyeva, “Azercell Telekom” MMC-nin Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova, həmçinin sənaye liderləri, texnologiya ekspertləri və digər rəsmi qonaqlar iştirak edib.

Sona Abbasova gənclərin innovasiya və mühəndislik sahələrindəki potensialının reallaşdırılmasının əhəmiyyətini vurğulayıb. S. Abbasova bildirib ki, Azercell ölkədə rəqəmsal bacarıqların inkişafına və gələcəyin texnologiya liderlərinin formalaşmasına yönəlmiş təşəbbüslərə dəstəyini davam etdirəcək.

Qeyd edək ki, yarış iştirakçıları müxtəlif kateqoriyalar üzrə öz texniki bilik və bacarıqlarını nümayiş etdirərək innovativ həllər təqdim ediblər. Dinamik qarşılaşmalar və texnoloji layihələr tədbirə gələn çoxsaylı ziyarətçilərin böyük marağına səbəb olub.

Yarışın yekun nəticələrinə əsasən, 7 əsas və 5 alt kateqoriya üzrə qaliblər müəyyən olunub. Ümumilikdə 36 komanda mükafatçılar sırasına daxil olub. Onlardan 12 komanda birinci, 12 komanda ikinci, 12 komanda isə üçüncü yerə layiq görülüb. Komandaların təqdim etdiyi innovativ həllər, texniki yanaşmalar və yüksək performans münsiflər heyəti tərəfindən xüsusi qiymətləndirilib. Xatırladaq ki, yerli mərhələnin qalibləri Azərbaycanı Çində keçiriləcək beynəlxalq finalda təmsil etmək hüququ qazanıblar.

Oxşar xəbərlər

Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək
"RobotChallenge 2026" beynəlxalq çempionatının milli mərhələsinə qeydiyyat başlayıb
Azərbaycan paralimpiyaçıları bu il 22 medal qazanıb
Azercell və ADA Universiteti “İdeya İnkubasiyası Proqramı”nın növbəti etapına start verir
Azercell Cup 2024 qalibləri beynəlxalq olimpiadalara hazırlaşırlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər