Rafael Qrossi İran Prezidentindən görüş üçün cavab aldığını açıqlayıb
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi İran Prezidenti ilə əlaqə saxlamağa hazır olduğunu, Tehran ilə AEBA arasında əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə AEBA rəhbəri Rafael Qrossi "Al Arabiya"ya müsahibəsində deyib.
Qrossi nüvə proqramı ilə bağlı İranda zənginləşdirilmiş uranın yığılmasının davam etməsindən narahat olduğunu bildirib.
“Mən İranın yeni Prezidentindən cavab aldım və o, bizim görüşməyimizə razı oldu. Biz çalışmalıyıq ki, bu mümkün qədər tez bir vaxtda baş versin”.
AEBA-nın Baş direktoru İran Prezidentinin cavabını iki tərəf arasında İranın nüvə fəaliyyətinin dinc xarakter daşımasını təmin etmək üçün yeni dialoq potensialının göstəricisi kimi qiymətləndirib.
Oxşar xəbərlər
Rafael Qrossi Kursk AES-ə baxış keçirmək üçün Kurçatov şəhərinə gedib
Rafael Qrossi Kursk AES-ə baxış keçirib, nüvə təhlükəsi olduğunu bildirib - YENİLƏNİB
AEBA missiyası Kursk AES-ə baş çəkəcək
Rafael Qrossi gələn həftə Kiyevə gedəcək
AEBA-nın rəhbəri Kursk Atom Elektrik Stansiyasına getmək niyyətindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













