Efiopiyada avtobus dərəyə aşıb, 28 nəfər ölüb
sizinxeber.az xəbər saytı

Efiopiyada avtobus dərəyə aşıb, 28 nəfər ölüb


Efiopiyanın Amhara regionunda sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 28 nəfər ölüb.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə region polisinin bəyanatında qeyd olunub.

Məlumata görə, hadisə avtobus Dessi şəhərindən ölkənin paytaxtı Əddis-Əbəbəyə hərəkət edərkən baş verib.

"28 nəfər ölüb, bir çoxu yüngül və ağır xəsarətlər alıb", - məlumatda bildirilib.

Yol qəzasının səbəbləri araşdırılır.

Oxşar xəbərlər

Pakistanda avtobus dərəyə aşıb, 25 nəfər ölüb
Efiopiyada avtobus qəzasında 28 nəfər ölüb
Türkiyədə avtobus aşıb, 6 nəfər ölüb, 20 nəfər yaralanıb
Efiopiyada yol qəzası baş verib, 71 nəfər ölüb
Türkiyədə avtobus aşıb, bir nəfər ölüb, 32 nəfər yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər