BMT maliyyə çatışmazlığı səbəbilə genişmiqyaslı islahatlara hazırlaşır
Birləşmiş Millətlər Təşkilatı (BMT) maliyyə böhranı fonunda qurumun əsas strukturlarının birləşdirilməsini və resursların yenidən bölüşdürülməsini nəzərdə tutan genişmiqyaslı islahat planı hazırlayır.
Sizinxeber.az xəbər verir ki, bu barədə "Reuters" BMT Baş katibi Antoniu Quterreşin təşəbbüsü ilə yaradılan işçi qrupun hazırladığı altı səhifəlik məxfi memoranduma istinadla məlumat yayıb.
Sənəddə onlarla agentliyin dörd əsas sahə üzrə birləşdirilməsi təklif olunur: sülh və təhlükəsizlik, humanitar məsələlər, dayanıqlı inkişaf və insan hüquqları. Konret tədbirlər arasında Ümumdünya Ərzaq Proqramı (WFP), UNICEF, ÜST (VOZ) və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) fəaliyyətlərinin vahid humanitar strukturda birləşdirilməsi nəzərdə tutulur.
Islahatlar çərçivəsində paralel funksiyaların ləğvi, kadrların optimallaşdırılması, o cümlədən Cenevrə və Nyu-Yorkdakı bəzi əməkdaşların daha ucuz şəhərlərə köçürülməsi planlaşdırılır.
Bu təşəbbüsün əsas səbəbi BMT-nin maliyyə böhranıdır: qurumun əsas donorlarından biri olan ABŞ BMT-nin müntəzəm büdcəsi üzrə 1,5 milyard dollar, sülhməramlı əməliyyatlar üzrə isə 1,2 milyard dollar borcludur. ABŞ yardımının azalması artıq Humanitar Məsələlər üzrə İdarədə işçilərin 20%-nin ixtisarına, Beynəlxalq Miqrasiya Təşkilatında isə 6 minədək iş yerinin ləğvi təhlükəsinə səbəb olub.
Oxşar xəbərlər
Nazir: COP29 çərçivəsində əsasən iqlim maliyyəsi üzrə məsələlərin həlli nəzərdə tutulur
Nazir: COP29 çərçivəsində əsasən iqlim maliyyəsi üzrə məsələlərin həlli nəzərdə tutulur - VİDEO
Mərkəzi Bank “Türk Yaşıl Maliyyə Şurası”na üzv olub
BMT: 2 milyon qəzzalı qida mənbələrindən məhrumdur
Vüsal Şıxəliyev: 2030-cu illəri nəzərdə tutan strategiyada yaşıl iqtisadiyyat əsas prioritet kimi nəzərdə tutulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
ABŞ İrana qarşı əməliyyat zamanı 14 təyyarə və 28 dron itirib
-
Türkiyədə sərnişin mikroavtobusu qəzaya uğrayıb, xəsarət alanlar var
-
Azərbaycan Kərkükdə 150 ailəyə bayram sovqatı çatdırıb
-
Aydın Kərimov: Şuşada 900 mənzildən ibarət 3 yeni yaşayış kompleksi gələn il istifadəyə veriləcək
