Bir qram qızıl 60 manat ucuzlaşdı » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
may
2026
11:56
0
0
1 469
ff aaaaaaa

Bir qram qızıl 60 manat ucuzlaşdı

19 may, 2026
11:56
1 469

Bir qram qızıl 60 manat ucuzlaşdı

Son aylarla müqayisədə qızıl bazarında qiymət enişi müşahidə edilir. Hazırda qızılın bir qramının qiyməti əvvəlki dövrlə müqayisədə təxminən 60 manat düşüb.

Axar.az Milli.az-a istinadla xəbər verir ki, satıcılar alıcılar arasında ən çox marağın Türkiyə istehsalı olan qızıla yönəldiyini bildiriblər.

“Bu məhsulların bir qramı təxminən 175 manata təklif olunur. Eyni zamanda qızılın alış qiymətində də azalma var. Əvvəllər 170 manata alınan qızıl indi təxminən 130 manata qəbul edilir. Gümüş bazarında da oxşar ucuzlaşma müşahidə olunur", - məlumatda vurğulanıb.

Məsələ ilə bağlı ekspert Rəşad Həsənov bildirib ki, qiymətli metalların dəyərindəki dəyişikliklərə bir neçə amil təsir edir:

"Bunlara enerji və neft qiymətlərinin artması, inflyasiya səviyyəsinin yüksək qalması, həmçinin dollara olan tələbin yüksəlməsi daxildir".

Ekspertlərin fikrincə, yaxın dövr üçün qızıl və gümüş bazarında dəqiq qiymət proqnozu vermək çətindir. Çünki bazardakı qeyri-müəyyənlik qiymətlərin gələcəkdə necə dəyişəcəyinə dair gözləntiləri artırır.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul