ABŞ-nin yüksək səviyyəli rəsmilərinin şəxsi məlumatları internetə sızıb
ABŞ prezidenti Donald Trampın ən yaxın müşavirlərindən bəzilərinin məlumatları internetə sızıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat yayıb.
Hesabata ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk Vals, Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard və müdafiə naziri Pit Heqset də daxil edilib.
Bildirilib ki,onların internetdə açıq şəkildə telefon nömrələri, e-poçt ünvanları və hətta parollarını tapmaq mümkündür.
Bu məlumatlar Ağ Evin yüksək rütbəli məmurlarının Yəməndəki Husilərə qarşı hərbi əməliyyatların məxfi təfərrüatlarını müzakirə etdiyi vaxtda açıqlanıb.
Qeyd edilib ki, ABŞ-nin The Atlantic jurnalının baş redaktoru Ceffri Qoldberq, yanlışlıqla “Signal” qrupuna əlavə edilib və burada Yəməndəki Hutilərə qarşı hərbi əməliyyatların məxfi təfərrüatları yüksək təhlükəsizlik rəsmiləri tərəfindən müzakirə edilib.
Oxşar xəbərlər
Ağ Ev ABŞ-ın husilərə qarşı hücum planlarını səhvən jurnalistə göndərildiyini təsdiqləyib
Ağ Ev: Sosial şəbəkədəki məxfi söhbət qrupuna gizli məlumatlar göndərilməyib
KİV: Milyonlarla Gürcüstan vətəndaşının şəxsi məlumatları internetə sızdırılıb
Tramp: Jurnalist Ceffri Qoldberq məxfi qrupa təsadüfən əlavə edilib
ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













