Ağ Ev ABŞ-ın husilərə qarşı hücum planlarını səhvən jurnalistə göndərildiyini təsdiqləyib
Ağ Ev amerikalı jurnalistin təsadüfən Yəmən hücumları ilə bağlı gizli söhbət qrupuna daxil olduğunu təsdiqləyib.
APA xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayn Haqes bildirib.
Qeyd edilib ki, jurnalistin nömrəsinin necə əlavə edildiyini müəyyən etmək üçün araşdırma başlanılıb.
ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Mayk Uolts husilərə planlaşdırılan zərbələr də daxil olmaqla, məxfi əməliyyatların müzakirə edildiyi gizli “Signal” qrup söhbətinə təsadüfən “The Atlantic”dən redaktor əlavə edib.
Qrupa ABŞ-ın müdafiə naziri Pit Heqset, Yaxın Şərq üzrə nümayəndə Stivin Uitkoff, milli təhlükəsizlik müşaviri Maykl Vals və daxili təhlükəsizlik müşaviri Stiven Millerlə birlikdə 18 nəfər daxil olub.
Söhbətdə ABŞ-ın Yəməndəki hərbi əməliyyatları, o cümlədən silahlar, vaxt və hədəflərlə bağlı ətraflı planlar haqqında aktiv müzakirələr aparılıb.
Oxşar xəbərlər
Trampın milli təhlükəsizlik üzrə müşaviri Uolts Hikmət Hacıyevlə danışıb
ABŞ nümayəndə heyəti gələn həftə Ər-Riyadda Ukrayna rəsmiləri ilə görüşəcək
Tramp konqresmen Maykl Uoltsu milli təhlükəsizlik müşaviri postuna seçib
Sergey Şoyqu İran Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Rusiya və ABŞ nümayəndə heyətlərinin Ər-Riyad görüşü qapalı olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













