Zelenski: Ukrayna "Patriot" raketlərini istehsal etməyə hazırdır
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalına başlamağa hazır olduğunu bildirib.
O, bu barədə TSN telekanalına müsahibəsində danışıb.
Prezidentin sözlərinə görə, G7 sammiti çərçivəsində ABŞ nümayəndələri ilə keçirilən görüşlərdə Rusiyaya qarşı sanksiyalar, həmçinin Ukraynaya Amerika istehsalı olan hava hücumundan müdafiə sistemlərinin lisenziyalı istehsalı məsələləri müzakirə olunub.
Zelenski qeyd edib ki, ABŞ tərəfi ilk dəfə bu məsələyə müsbət yanaşıb.
“İlk dəfədir ki, onlar bu məsələni həll edəcəklərini bildirirlər. Əvvəllər yalnız ‘baxarıq’, ‘bilmirik’ kimi cavablar verilirdi”, - deyə Ukrayna lideri bildirib.
Onun sözlərinə görə, hazırda ABŞ ildə təxminən 700 "Patriot" raketi istehsal edir.
Almaniyaya bu raketlərin lisenziya əsasında istehsalına icazə verilsə də, bu həcmin kifayət etmədiyi vurğulanıb.
Oxşar xəbərlər
Zelenski: Ukrayna Patriot raketlərini istehsal etməyə hazırdır
Almaniya Ukraynaya bir neçə "Patriot" batareyası verəcək
Tramp Ukraynaya “Patriot” raketlərinin tədarükünü bərpa edə bilər
Almaniya kansleri: "Patriot" sistemləri yaxın həftələrdə Ukraynaya təhvil veriləcək
Zelenski: Ukraynanın hava hücumundan müdafiəsi dərhal gücləndirilməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
DÇ-2026: Ekvador və Kurasaodan heç-heçə
