Xəyyam Məmmədov: "Fermerlərin etibarlı su təminatı üçün sistemli tədbirlər görüləcək"
Azərbaycanda fermerlərin etibarlı su təminatı üçün sistemli tədbirlər həyata keçiriləcək.
"Report"un Biləsuvara ezam olunmuş müxbiri xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini Xəyyam Məmmədov "Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Şirvan-Salyan iqtisadi rayonu üzrə regional müşavirədə bildirib.
Onun sözlərinə görə, Su Ehtiyatlarından Səmərəli İstifadəyə dair Milli Strategiya, ölkənin 2022–2026-cı illəri əhatə edən Sosial-İqtisadi İnkişaf Strategiyası, "Böyük Qayıdış" proqramı və yenicə təsdiqlənmiş 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində respublika miqyasında sistemli tədbirlər həyata keçirilir: "Fəaliyyətimizin əsas məqsədi suvarma infrastrukturunun yenidən qurulması, su itkilərinin minimuma endirilməsi və fermerlərin etibarlı su təminatı ilə təmin olunmasıdır. Yeni Dövlət Proqramının əsas xəttini ekstensiv yanaşmadan yüksək əlavə dəyər yaradan intensiv üsullara keçid təşkil edir. Su resurslarının səmərəli idarə olunması təkcə ekoloji məsələ deyil, həm də milli təhlükəsizlik və ərzaq müstəqilliyi baxımından strateji prioritetdir".
Sədr müavini əlavə edib ki, Şirvan–Salyan bölgəsində kənd təsərrüfatı iqlim çağırışları ilə üzləşir: Şirvan–Salyan iqtisadi rayonu ölkənin aqrar istehsal sistemində mühüm mövqeyə malikdir. Əhalinin sıx məskunlaşdığı bu ərazi pambıqçılıq, taxılçılıq, bostançılıq, heyvandarlıq, quşçuluq və balıqçılıq sahələri üzrə ölkənin əsas istehsal mərkəzləri sırasında yer alır. Bu potensialın tam reallaşması isə birbaşa etibarlı və davamlı su təminatından asılıdır. Lakin son illər iqlim dəyişikliklərinin təsiri nəticəsində orta illik temperaturun yüksəlməsi, quraqlıq dövrlərinin uzanması, yağıntıların qeyri-bərabər paylanması və su ehtiyatlarına artan təzyiq bu sahədə yeni çağırışlar formalaşdırıb. Buna görə də ölkə üzrə yeni su mənbələrinin yaradılması, mövcud infrastrukturun yenilənməsi və suvarma sistemlərinin modernləşdirilməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilir. Bu layihələrin mühüm bir hissəsi məhz Şirvan–Salyan iqtisadi rayonunun su təminatının yaxşılaşdırılmasına xidmət edir".
Oxşar xəbərlər
Ceyhun Cəlilov: "Naxçıvan aqrar sahəyə investisiya üçün ən əlverişli regionlardan biridir"
Zəngilanda aqrar sektorun inkişafı müzakirə olunur
Nazir müavini: "Şirvan–Salyan bölgəsində səmərəli suvarma və lazer hamarlama tətbiq ediləcək"
Zaur Mikayılov: "Mərkəzi Aran iqtisadi rayonu Azərbaycanın aqrar inkişafında xüsusi rol oynayır"
Nazir: "Müasir suvarma sistemi olmayan yeni əkin sahələrinə icazə verilməyəcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Fars": Qrossi İran-ABŞ danışıqlarında iştirak etmir
