ABŞ və Rusiya Ukraynada münaqişənin həlli üçün danışıqlar qrupları yaratmaq barədə razılığa gəlib
sizinxeber.az xəbər saytı

ABŞ və Rusiya Ukraynada münaqişənin həlli üçün danışıqlar qrupları yaratmaq barədə razılığa gəlib


ABŞ dövlət katibi Marko Rubio və Rusiya xarici işlər Sergey Lavrov Ər-Riyadda keçirilən danışıqlarda Rusiya və ABŞ arasında münasibətlərdə "qıcıqlandırıcıları" aradan qaldırmaq üçün məsləhətləşmə mexanizminin yaradılması barədə razılığa gəliblər.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən yayılan açıqlamada bildirilib.

Qeyd olunub ki, Rubio və Lavrov Ukraynadakı münaqişənin həlli üçün danışıqlar qrupları yaratmaq barədə razılığa gəliblər.

Eyni zamanda Rubio və Lavrov ümumi geosiyasi maraq doğuran məsələlərdə əməkdaşlıq etmək barədə razılığa gəliblər.

Rusiyanın xarici işlər naziri və ABŞ dövlət katibi iqtisadiyyat və investisiyalar sahəsində gələcək əməkdaşlıq haqqında da razılığa gəliblər.

ABŞ Dövlət Departamentindən bildirib ki, Rusiya ilə ABŞ arasındakı zəng və görüş “davamlı sülh” üçün yetərli olmayıb, lakin Ər-Riyadda irəliyə doğru mühüm addım atılıb.

Oxşar xəbərlər

ABŞ və Rusiya Ukraynadakı münaqişənin həlli üçün danışıqlar qrupları yaratmaq barədə razılığa gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sergey Lavrovla Marko Rubio arasında telefon danışığı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lavrov Rubio ilə telefon danışığı aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu üzrə razılığa gəliblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rubio Lavrovla ABŞ və Rusiya səfirliklərinin fəaliyyətini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər