Sergey Lavrovla Marko Rubio arasında telefon danışığı olub
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.
Görüş zamanı Lavrov və Rubio Rusiya-ABŞ münasibətlərindəki problemləri həll etmək üçün kommunikasiya kanalını saxlamaq barədə razılığa gəlib.
Tərəflər Rusiya ilə ABŞ arasında qarşılıqlı hörmətə əsaslanan dövlətlərarası dialoqun bərpası üçün birgə işləməyə hazır olduqlarını təsdiq ediblər.
Diplomatlar müntəzəm danışıqlar, o cümlədən Putin və Tramp arasında görüşə hazırlıq barədə də razılığa gəliblər.
Xarici siyasət idarələrinin rəhbərləri Ukrayna, eləcə də Fələstin ətrafında münaqişənin həllində əməkdaşlığa sadiq olduqlarını bildiriblər.
Həmçinin Rusiya və ABŞ xarici nümayəndəliklərinin işinə maneələrin aradan qaldırılması üçün yaxın vaxtlarda ekspertlərin görüşünün təşkili barədə razılıq əldə olunub.
Oxşar xəbərlər
Lavrov Rubio ilə telefon danışığı aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan və Marko Rubio arasında görüş baş tutub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov və Sergey Lavrov regional vəziyyəti müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lavrov səudiyyəli həmkarı ilə telefon danışığı aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












