Sosial sorğu: İsraildə Netanyahunun siyasətdən getməsi istənilir
sizinxeber.az xəbər saytı

Sosial sorğu: İsraildə Netanyahunun siyasətdən getməsi istənilir


İsrail vətəndaşlarının əksəriyyəti Baş nazir Benyamin Netanyahunun siyasətdən getməsinin və növbəti parlament seçkilərində iştirak etməməsinin vaxtının çatdığını düşünürlər.

"Sizinxeber.az" "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bunu "Channel 12" telekanalının sorğusunun nəticələri təsdiqləyib.

Araşdırmaya əsasən, respondentlərin 59 %-i hesab edir ki, Netanyahu seçkilərdə yenidən namizədliyini irəli sürməməlidir. Sorğuda iştirak edənlərin 33 %-i əks fikirdədir, daha 8 %-i isə cavab verməkdə çətinlik çəkib.

Sorğu zamanı iştirakçılardan hakim "Likud" partiyasının rəhbəri vəzifəsində Netanyahunu kimin əvəz etməli olduğunu göstərmələri istənilib.

Ən böyük dəstəyi İsrailin iqtisadiyyat naziri Nir Barkat alıb, onun partiyanın gələcək lideri qismində namizədliyini sorğuda iştirak edənlərin 18 %-i dəstəkləyib.

Daha sonra ədliyyə naziri Yariv Levin (9 %), müdafiə naziri İsrael Kats (7 %) və Knesset spikeri Əmir Ohana (6 %) gəlir.

Telekanal sorğu iştirakçılarının sayı haqqında məlumat verməyib.

Oxşar xəbərlər

Netanyahu İsraildə növbəti seçkilərdə namizədliyini irəli sürəcək
Sorğu: Ermənistan vətəndaşlarının 55 faizi ölkənin Aİ-yə üzv olması ideyasını dəstəkləyir
Sorğu: Respondentlərin 60 %-dən çoxu Paşinyandan narazıdır
Fransızların 60%-dən çoxu Makronun istefasını dəstəkləyir
KİV: Amerikalıların əksəriyyəti Harrisin debatda Trampı məğlub etdiyini düşünür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər