ABŞ və Rusiya Ukraynadakı münaqişənin həlli üçün danışıqlar qrupları yaratmaq barədə razılığa gəlib
ABŞ dövlət katibi Marko Rubio və Rusiya xarici işlər Sergey Lavrov Ər-Riyadda keçirilən danışıqlarda Rusiya və ABŞ arasında münasibətlərdə "qıcıqlandırıcıları" aradan qaldırmaq üçün məsləhətləşmə mexanizminin yaradılması barədə razılığa gəliblər.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən yayılan açıqlamada bildirilib.
Qeyd olunub ki, Rubio və Lavrov Ukraynadakı münaqişənin həlli üçün danışıqlar qrupları yaratmaq barədə razılığa gəliblər.
Eyni zamanda Rubio və Lavrov ümumi geosiyasi maraq doğuran məsələlərdə əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Rusiyanın xarici işlər naziri və ABŞ dövlət katibi iqtisadiyyat və investisiyalar sahəsində gələcək əməkdaşlıq haqqında da razılığa gəliblər.
ABŞ Dövlət Departamentindən bildirib ki, Rusiya ilə ABŞ arasındakı zəng və görüş “davamlı sülh” üçün yetərli olmayıb, lakin Ər-Riyadda irəliyə doğru mühüm addım atılıb.
Oxşar xəbərlər
Sergey Lavrovla Marko Rubio arasında telefon danışığı olub
Lavrov Rubio ilə telefon danışığı aparıb
Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu üzrə razılığa gəliblər
Rubio Lavrovla ABŞ və Rusiya səfirliklərinin fəaliyyətini müzakirə edib
Rusiyanın Sudanda hərbi dəniz bazası yaratması ilə baglı razılıq əldə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













