Boliviya prezidenti Moralesin tərəfdarları üç hərbi obyekti ələ keçiriblər
sizinxeber.az xəbər saytı

Boliviya prezidenti Moralesin tərəfdarları üç hərbi obyekti ələ keçiriblər


Boliviyanın sabiq prezidenti Evo Moralesin tərəfdarları Koçabamba departamentində üç hərbi obyekti ələ keçiriblər.

APA xəbər verir ki, bu barədə hazırkı dövlət başçısı Luis Arse məlumat verib.

“Biz Boliviya xalqının və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırıq ki, Evo Moralesə yaxın silahlı qruplar Koçabambada üç hərbi obyektə basqın edərək hərbçiləri və onların qohumlarını girov saxlayır, zorakılıqla hədələyir”, - deyə o, “Telegram” kanalında yazıb.

Arce qeyd edib ki, hərbi obyektlərin ələ keçirilməsi dünyanın istənilən yerində dövlətə xəyanət və konstitusiya quruluşuna hücum kimi qiymətləndirilir.

“Biz demokratik yolla seçilmiş hökumət olaraq konstitusion səlahiyyətlərimiz çərçivəsində və əhalinin dəstəyi ilə ictimai asayişin bərpasına yönəlmiş tədbirləri bundan sonra da davam etdirəcəyik”, - deyə dövlət başçısı qeyd edib.

Bundan əvvəl Boliviya Silahlı Qüvvələrinin mətbuat xidməti silahlı şəxslərin bir hərbi hissəni ələ keçirdiyi, hərbi qulluqçuları girov götürdüyü və orada yerləşən silahları ələ keçirdiyi barədə məlumat yayıb.

Artıq 19 gündür ki, ölkənin müxtəlif rayonlarını birləşdirən avtomobil yollarının bağlanması davam edir. Oktyabrın 30-da prezident Luis Arce zərərin 1,7 milyard dolları ötdüyünü, toqquşmalarda 60-dan çox polis əməkdaşının yaralandığını bildirib.

Oxşar xəbərlər

Boliviya prezidenti Morales tərəfdarlarının üç hərbi obyekti ələ keçirdiklərini bildirib
Boliviya Prezidenti Moralesin tərəfdarlarının üç hərbi obyekti ələ keçirdiyini bildirib
Boliviya prezidenti sələfi Evo Moralesin avtomobilinin atəşə tutulmasını pisləyib
Boliviyanın keçmiş prezidentinin tərəfdarları hərbi hissəni ələ keçiriblər
Boliviya Prezidenti sabiq dövlət başçısı Moralesə qarşı sui-qəsdin araşdırılmasını tapşırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle