Professor: Qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası dərin ictimai iştirak tələb edir
Qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası mövcud vəziyyətin dağıdılması deyil, həmin ərazilərin sakinlərinin fəal iştirakı ilə mərhələli şəkildə yaxşılaşdırılmasını nəzərdə tutur.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Cənubi Afrika Respublikasının Vitvatersrand Universitetinin professoru Meri Huxzermeyer WUF13 çərçivəsində keçirilən “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı” adlı dialoq sessiyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dövlətlərin qeyri-rəsmi yaşayış məntəqələrinə yanaşması məcburi köçürmə, dövlət tərəfindən müəyyən edilən həllər, laqeyd münasibət, müvəqqəti hüquqi status, leqallaşdırma və transformasiya kimi müxtəlif formalar ala bilər.
Meri Huxzermeyer qeyd edib ki, hazırda beynəlxalq təşkilatların dəstəklədiyi ən məqsədəuyğun model transformasiya yanaşmasıdır: "Bu model mövcud yaşayış mühitini əsas götürür və sakinlərin qərarların qəbulunda birbaşa iştirakını nəzərdə tutur. Qeyri-rəsmi yaşayış məntəqələrinin yaxşılaşdırılması ilə yanaşı, gələcəkdə yeni belə ərazilərin yaranmasının qarşısını almaq üçün əlçatan və xidmətlərlə təmin olunmuş torpaq sahələrinin təklifinin artırılması vacibdir".
Onun sözlərinə görə, düzgün siyasət və qanunvericilik şəhərlərə artan urbanizasiya təzyiqini daha effektiv şəkildə idarə etməyə imkan verə bilər.
Oxşar xəbərlər
Cənubi afrikalı alim: Qeyri-rəsmi yaşayış məntəqələri müasir şəhərlərin ayrılmaz hissəsinə çevrilib
Meri Huxzermeyer: Qeyri-rəsmi yaşayış məntəqələri müasir şəhər inkişafının ayrılmaz hissəsidir
WUF13-də qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası müzakirə olunur
Mikayıl Cabbarov: Qanunsuz tikililərin amnistiyası yeni risklər yarada bilər
Tailandlı ekspert: Mənzil probleminin həlli üçün icmaları prosesin mərkəzinə qoymaq lazımdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
