Tailandlı ekspert: Mənzil probleminin həlli üçün icmaları prosesin mərkəzinə qoymaq lazımdır
sizinxeber.az xəbər saytı

Tailandlı ekspert: Mənzil probleminin həlli üçün icmaları prosesin mərkəzinə qoymaq lazımdır


Qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası üçün ən effektiv model layihə əsaslı deyil, şəhər miqyasında icmaların rəhbərlik etdiyi yanaşmadır.

Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Tailandın Asiya Mənzil Hüquqları Koalisiyasının (ACHR) nümayəndəsi Somsuk Bunyabança WUF13 çərçivəsində keçirilən “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası: dünya üçün mənzil təminatı” adlı dialoq sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, təxminən 50 illik təcrübə göstərir ki, yoxsul icmalar mənzil problemlərini özləri həll edə bilir və dəyişiklik yaratmaq üçün kifayət qədər motivasiyaya malikdirlər.

Somsuk Bunyabança qeyd edib ki, bunun üçün beş əsas şərt vacibdir: tələbat əsaslı və icma yönümlü yanaşma, bütün yaşayış məntəqələrini əhatə edən şəhər planı, hökumət, mütəxəssislər və icmalar arasında əməkdaşlıq, insanlara uyğun maliyyə sistemi və mənzilin yalnız fiziki tikili deyil, icma quruculuğunun aləti kimi qəbul edilməsi.

O vurğulayıb ki, problemlə üzləşən insanlar həll prosesinin əsas iştirakçısına çevrildikdə, hər bir problem eyni zamanda bir həll imkanına çevrilir.

Qeyd edək ki, ACHR (Asian Coalition for Housing Rights) Asiya Mənzil Hüquqları Koalisiyasıdır və region ölkələrində aşağı gəlirli icmaların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərən beynəlxalq şəbəkədir.

Oxşar xəbərlər

WUF13-də qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası müzakirə olunur
Mikayıl Cabbarov: Qanunsuz tikililərin amnistiyası yeni risklər yarada bilər
Professor: Qeyri-rəsmi yaşayış məntəqələrinin transformasiyası dərin ictimai iştirak tələb edir
Cənubi afrikalı alim: Qeyri-rəsmi yaşayış məntəqələri müasir şəhərlərin ayrılmaz hissəsinə çevrilib
Koalisiya sədri: Mənzil probleminin həlli üçün qurumlar birgə tədbirlər həyata keçirməlidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər