Mərkəz direktoru: Ukraynada elektrik təchizatı üzrə xüsusi qrafiklə yaşayırıq
sizinxeber.az xəbər saytı

Mərkəz direktoru: Ukraynada elektrik təchizatı üzrə xüsusi qrafiklə yaşayırıq


Ukraynanın Lvov şəhərində müharibədən əvvəl təsdiqlənmiş strategiyalar artıq işləmir. Çünki biz müharibə, qeyri-müəyyənlik şəraitində yaşayırıq. Buna görə, qərara gəldik ki, prioritetlər müəyyən etməliyik.

Sizinxeber.az xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Praktikada Şəhər Transformasiyası: Təhlükəsiz və Dayanıqlı İcmalar üçün Şəhər Təcrübələri” adlı tədbirdə Ukraynanın “City İnstitute” analitik və strateji şəhərsalma mərkəzinin direktoru Olena Pavlyuk deyib.

O, hazırda Lvov üçün yeddi əsas prioritetin olduğunu qeyd edib: “Birinci prioritet yerli hökumətin Ukrayna ordusuna dəstəyidir. Biz bacardığımız qədər kömək edirik. Çünki cəbhəyə nə qədər çox avadanlıq və texnika göndərsək, bir o qədər çox insanın həyatını xilas etmiş oluruq”.

Onun sözlərinə görə, ikinci prioritet “sarsılmaz ekosistem”dir ki, bu, icma dəstəyi, reabilitasiya, transformasiya, cəmiyyətin inteqrasiyası ilə bağlıdır. Üçüncü prioritet isə dayanıqlılıqdır: “Bu, əsasən enerji sektoruna aiddir. Çünki bizim kritik infrastrukturumuza da hücumlar olur. Vəziyyət çox çətindir. Bəzən gündə cəmi 4 saat elektrik olur. Elektrik təchizatı üzrə xüsusi qrafiklə yaşayırıq. Buna görə enerji infrastrukturu ilə bağlı ciddi dəyişikliklər etməliyik. Sonrakı prioritetlər iqtisadi inkişaf, innovasiyalar, təhsil və mədəniyyətdə yeni yanaşmalardır. Çünki hazırda müharibə şəraitində böyüyən insanlar həyatın hər vəziyyətinə hazır olmalıdırlar. Bizə çox güclü beynəlxalq əməkdaşlıq lazımdır”.

Oxşar xəbərlər

Haris Piplas: OECD ilə fəlakət risklərinə, böhranlara necə cavab verməyi araşdırırıq
WUF13 üzrə yekun sənəd BMT Baş Assambleyasına təqdim ediləcək
İtaliyalı nazir müavini: Azərbaycan WUF13-ə uğurla ev sahibliyi edir
APA WUF13-ün media tərəfdaşı olub
WUF13 çərçivəsində TDT-nin şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər