Zaur Mikayılov Naftalanda vətəndaşlarla görüşüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
may
2026
15:30
ff aaaaaaa

Zaur Mikayılov Naftalanda vətəndaşlarla görüşüb

15 may, 2026
15:30
871

Zaur Mikayılov Naftalanda vətəndaşlarla görüşüb

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Naftalanda bu şəhərdən, Goranboy, Xocalı və digər rayonlardan olan vətəndaşları qəbul edib.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, qəbulda qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Müraciətlər əsasən suvarma suyu ilə təminat, subartezian quyularının qazılması, təmiri, bərpası, işə qəbul və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul