Dünya Bankı Azərbaycana iqlim tədbirlərini şəhərlərin Baş planlarına daxil etməyi tövsiyə edir - EKSKLÜZİV
sizinxeber.az xəbər saytı

Dünya Bankı Azərbaycana iqlim tədbirlərini şəhərlərin Baş planlarına daxil etməyi tövsiyə edir - EKSKLÜZİV


Azərbaycan karbon qazı tullantılarının və avtomobildən asılılığın azaldılmasına dair vəzifələri şəhərlərin Baş planlarına inteqrasiya etməlidir.

Bu barədə Dünya Bankının şəhər inkişafı üzrə baş mütəxəssisi Mohamed Nada Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Sizinxeber.az"a bildirib.

"Azərbaycan şəhərlərinin Baş planlarda iqlim dəyişikliklərinə qarşı mübarizə üzrə konkret addımları təsbit etməsi vacibdir: piyadalar üçün daha rahat şəraitin necə yaradıla, ictimai nəqliyyat şəbəkəsinin necə genişləndirilə, su ehtiyatlarının səmərəli idarə olunmasının necə qurula, enerji istehlakı və binaların enerji səmərəliliyinin artırılması problemlərinin necə həll edilə biləcəyi və digər aspektlər buraya daxildir", - M.Nada qeyd edib.

Baş mütəxəssis vurğulayıb ki, WUF13 şəhər planlaşdırması sahəsində ideyaların, işləmələrin və praktiki təcrübənin mübadiləsi üçün səmərəli platformadır.

Oxşar xəbərlər

Dünya Bankı geoməkan məlumatlarının vahid standartlarını hazırlayır
Mohd Şarif: "Şəhərlərin enerji planlaması ilə enerji sistemlərinin layihələndirilməsi arasında uyğunlaşma zəruridir"
WUF13-də Xəzər regionunda iqlimə davamlı şəhərlərin qurulması məsələsi gündəmə gəlib
Rafael Vinyol: Ali təhsil müəssisələri davamlı şəhərsalma işində mühüm rol oynayır
Eskpert: "Urbanizasiya şəhərlərdə dayanıqlı iqtisadi artımı təmin etməlidir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər