"Arsenal" 22 il sonra İngiltərə çempionu olub
sizinxeber.az xəbər saytı

"Arsenal" 22 il sonra İngiltərə çempionu olub


Londonun "Arsenal" komandası 2003/04-cü illər mövsümündən sonra ilk dəfə İngiltərənın futbol çempionatının qalibi olub.

"Report" xəbər verir ki, bu barədə XXXVII turun son oyununda "Bornmut" və "Mançester Siti" arasında 1:1 hesablı heç-heçədən sonra məlum olub.

"Arsenal" 82 xal qazanaraq, turnir cədvəlində birinci yeri tutub. "Mançester Siti" 78 xalla ikinci yerdədir. Hər iki komandanın turnirin bitməsinə bir oyunu qalıb.

"Arsenal" 2003/04-cü illər mövsümündə məğlubiyyətsiz oynayıb. London komandası İngiltərə çempionatını 14-cü dəfə qazanıb və "Mançester Yunayted" və "Liverpul"dan sonra ikinci yerdədir. Klubların hər birinin 20 titulu var.

Oxşar xəbərlər

"Arsenal" İngiltərə Premyer Liqasında liderliyini geri qaytarıb
"Arsenal" son altı oyundan cəmi birində qalib gəlib
İngiltərə çempionatı: "Arsenal" "Mançester Siti"ni darmadağın edib
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" "Liverpul"la heç-heçə edib
İngiltərə Premyer Liqası: "Mançester Siti" "Arsenal"ı məğlub edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər