ABŞ-də iki hərbi təyyarə toqquşub
sizinxeber.az xəbər saytı

ABŞ-də iki hərbi təyyarə toqquşub


Bazar günü Aydaho ştatındakı "Mountain Home" Hərbi Hava Qüvvələri bazasında iki hərbi təyyarə havada toqquşub.

"Report" xəbər verir ki, bu barədə "The Idaho Statesman" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, bazada keçirilən "Gunfighters Skies" aviaşou zamanı səmada F/A-18F qırıcı-bombardmançı təyyarələrinin modifikasiyası olan iki EA-18G təyyarəsi toqquşub.

Nəşrin məlumatına görə, diktor təyyarə heyətinin katapultasiya edə bildiyini bildirib. Hadisədən sonra aviabaza bağlanıb və hadisə yerinə təcili yardım xidmətləri göndərilib. Qəzanın səbəbi və ya ekipaj üzvlərinin sağlamlıq vəziyyəti ilə bağlı hələlik heç bir məlumat verilməyib.

Bazanın rəsmi nümayəndəsi "Reuters"ə hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.

Oxşar xəbərlər

ABŞ-da iki qırıcı təyyarə havada toqquşub - VİDEO
ABŞ-də sərnişin təyyarəsi helikopterlə toqquşub, ölənlər və yaralılar var - YENİLƏNİB
KİV: Arizonada iki təyyarə toqquşub, ölən var
ABŞ-nin hava limanında iki təyyarə toqquşub
ABŞ-də sərnişin təyyarəsi hərbi helikopterlə toqquşub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər