WUF13-də Sarayevonun iqlim dəyişmələri ilə mübarizə təcrübəsi müzakirə olunub
Şəhərsalmada digər amillər qədər dialoq mədəniyyətinin də çox önəmi var.
"Sizinxeber.az" xəbər verir ki, bunu Sarayevo şəhərində Layihə Meneceri Derviş Hacımuhamedoviç Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Şəhər Transformasiyası Təcrübədə: Təhlükəsiz və Davamlı İcmalar üçün Şəhər Təcrübələri" mövzusunda yüksəksəviyyəli dialoqda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Sarayevo şəhəri iqlim dəyişmələri səbəbindən üzləşdiyi problemlərlə məhz dialoq mədəniyyətindən istifadə edərək mübarizə aparır:
"Burada söhbət saysız konfransların təşkilindən getmir. Məsələ dayanıqlı və təhlükəsiz şəhərlərin qurulması üçün nəticəyönümlü qərarların alınmasıdır. Sarayevoda ötən il bir çox konfranslar baş tutub və sənədlər qəbul olunub".
D.Hacımuhamedoviç çıxışında həmçinin suların çirklənməsi məsələsinə də toxunub:
"Aparılan müzakirələrdə suları unutmamalıyıq. Dünyada dənizlərin səviyyəsinin aşağı enməsi, içməli su mənbələrinin azalması, eləcə də çirklənməsi ciddi çağırışlar ortaya qoyur. Sarayevo da bu problemlərlə üz-üzə qalıb. Bu problemlərin həlli üçün müəyyən addımlar atmağı hədəfləmişik".
Oxşar xəbərlər
İqor Qarafuliç: BMT Azərbaycan hökümətinə dəstək göstərməyə hazırdır
WUF13-də Xəzər regionunda iqlimədavamlı şəhərlərə və icmalara dair yüksəksəviyyəli dialoq başlayıb
WUF13-də Xəzər regionunda iqlimə davamlı şəhərlərin qurulması məsələsi gündəmə gəlib
BMT: Azərbaycan WUF13-də dialoq üçün məkan yaratmaqla dünyaya nümunə olur
Emin Hüseynzadə: İnfosessiyaların əsas məqsədi ictimaiyyəti WUF13 barədə məlumatlandırmaqdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
