Boliviya Prezidenti sabiq dövlət başçısı Moralesə qarşı sui-qəsdin araşdırılmasını tapşırıb
sizinxeber.az xəbər saytı

Boliviya Prezidenti sabiq dövlət başçısı Moralesə qarşı sui-qəsdin araşdırılmasını tapşırıb


Boliviya Prezidenti Luis Arse Katakora sabiq dövlət başçısı Evo Moralesin daha əvvəl iddia etdiyi sui-qəsd cəhdinin olub-olmadığını araşdırmağı tapşırıb.

“Sizinxeber.az” xəbər verir ki, o, bu barədə özünün teleqram kanalında yazıb.

"Siyasətdə hər hansı zorakı hərəkətin tətbiqi qınanmalı və aydınlaşdırılmalıdır. Buna görə keçmiş prezident Evo Moralesin həyatına edilən cəhdlə bağlı şikayətinə cavab olaraq, bu həqiqəti aydınlaşdırmaq üçün dərhal və hərtərəfli araşdırma aparmağı tapşırdım", - paylaşımda deyilir.

Xatırladaq ki, Morales daha əvvəl sosial şəbəkələrdə video yayımlayıb. Onun sözlərinə görə, mövcud hakimiyyətin əmri ilə onu həbs etmək cəhdi anı ələ keçirilib.

"Bu, hökumətin göstərişi ilə məni tutmaq cəhdi idi", - o qeyd edib. Morales hadisəni sui-qəsd cəhdi adlandırıb.

Oxşar xəbərlər

Boliviyanın sabiq prezidentinə sui-qəsd cəhdi olub
Boliviya məhkəməsi üsyançı generalları həbsxanaya göndərib
FTB: Trampın yaxınlığındakı atışma sui-qəsd cəhdidir
Bayden Məxfi Xidmətə Trampın mühafizəsi üçün lazım olan hər şeyi etməyi tapşırıb
Boliviyanın keçmiş prezidenti Evo Morales azyaşlıya təcavüz və insan alverində şübhəli bilinir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle