Beynəlxalq Davamlı İnkişaf İnstitutunun rəsmisi: Dayanıqlı şəhərlər üçün birgə fəaliyyət vacibdir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
may
2026
12:12
ff

Beynəlxalq Davamlı İnkişaf İnstitutunun rəsmisi: Dayanıqlı şəhərlər üçün birgə fəaliyyət vacibdir

17 may, 2026
12:12
931

Beynəlxalq Davamlı İnkişaf İnstitutunun rəsmisi: Dayanıqlı şəhərlər üçün birgə fəaliyyət vacibdir

Biz bu gün ətraf mühit sahəsində qlobal miqyasda bir çox çətinliklərlə - iqlim dəyişmələri, biomüxtəlifliyin itirilməsi ilə üz-üzəyik.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Beynəlxalq Davamlı İnkişaf İnstitutunun video prodüseri Rozali Boyl bildirib.

O qeyd edib ki, sürətlə böyüyən şəhərlərdə insanlar arasında əlçatanlıq düzgün bölünməyib.

“Ehtiyacı olan bütün insanları şəhərlərdə yerləşdirmək üçün kifayət qədər yer yoxdur. Beləliklə, bu sessiya, yəni Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) liderlərin və mütəxəssislərin bir araya gələrək, fikir mübadiləsi aparmaq, boşluqların harada olduğunu müzakirə etmək baxımından gözəl fürsətdir. Burada məqsəd ondan ibarətdir ki, daha çox insan bu gün ehtiyac duyduğu adekvat mənzili əldə etsin, çünki bu hər bir insanın hüququdur”,- deyə o bildirib.

O əlavə edib ki, hər kəs təhlükəsiz və dayanıqlı yaşayış məskəninə layiqdir: “Belə olan halda şəhərlərimizi və şəhər ərazilərimizi daha davamlı və dayanıqlı edə bilərik”.

Bizimlə əlaqə saxlayın

×
×