Neymar dünya çempionatında Braziliya yığmasının kapitanı olmayacaq
sizinxeber.az xəbər saytı

Neymar dünya çempionatında Braziliya yığmasının kapitanı olmayacaq


Neymar dünya çempionatında Braziliya yığmasının kapitanı olmayacaq.

"Report" "Globo" nəşrinə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Karlo Ançelotti "Santos"un 34 yaşlı ulduz futbolçusuna qarşıdakı mundialda komandanın kapitanı olmayacağını açıq şəkildə bildirib.

Baş məşqçi Neymara ilkin mərhələdə start heyətində yer almayacağını da çatdırıb. Həmçinin ona yığmadakı yeni davranış qaydaları barədə ətraflı məlumat verilib. K.Ançelotti əvvəlki illərlə müqayisədə millidə tətbiq edilən bütün məhdudiyyətlər barədə oyunçunu əvvəlcədən xəbərdar edib. Ona sosial şəbəkələrdəki fəallığını azaltmaq da kimi tövsiyə olunub.

Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Braziliya yığması C qrupunda Mərakeş, Haiti və Şotlandiya ilə mübarizə aparacaq.

Oxşar xəbərlər

Ançelotti 2026-cı il dünya çempionatında Neymarla bağlı planlarını bölüşüb
Neymar Braziliya klubundan azarkeşlərlə münaqişə səbəbindən ayrıla bilər
Braziliya Futbol Konfederasiyası Karlo Ançelotti ilə müqavilə imzaladıqlarını elan edib - YENİLƏNİB
Azərbaycan millisinin kapitanı: "Dünya çempionatının qalibi olmağı çox istərdim"
Braziliya millisinin geniş heyətində Türkiyə klublarının futbolçuları da yer alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər