Bakıda WUF13 çərçivəsində keçirilən "Beynəlxalq Gənclər Süni İntellekt" yarışmasının qalibləri açıqlanıb
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "International Youth AI Competition" (Beynəlxalq Gənclər Süni İntellekt Yarışması) qalibləri elan olunub.
"Sizinxeber.az"un məlumatına görə, "Gələcəyin dözümlü, dayanıqlı və reinteqrasiya dostu şəhərləri" mövzusuna həsr olunan layihə qlobal miqyasda böyük marağa səbəb olub.
Azərbaycan Xarici İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Beynəlxalq Miqrasiya Təşkilatı və BMT-nin Məskunlaşma Proqramının birgə təşkilatçılığı ilə keçirilən növbəti paralel tədbirində qalib gənclər tərəfdaş qurumlar tərəfindən sertifikat və dəyərli mükafatlarla təltif ediliblər. Səfər proqramı çərçivəsində qaliblərin Dünya Şəhərsalma Forumunun müxtəlif sessiyalarında iştirakı, sərgi pavilyonları ilə tanışlığı, həmçinin Bakının tarixi-mədəni irsini kəşf etmək üçün təşkil olunacaq infoturlarda iştirakı nəzərdə tutulub.
İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzi və Beynəlxalq Miqrasiya Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan layihəyə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, həmçinin "Gənc Könüllülər" İctimai Birliyi tərəfdaşlıq edib.
Dörd ay öncə start götürən layihəyə 70-dən çox ölkədən 300-dən artıq gənc müraciət edib.
Oxşar xəbərlər
WUF13 çərçivəsində süni intellekt üzrə gənclər müsabiqəsinə 30 ölkədən 285-dən çox müraciət daxil olub
Rasim Əliquliyev: WUF13-də qaldırılan problemlər aidiyyəti qurumlar üçün prioritet olmalıdır
Nyu-Yorkda WUF13-ün qlobal təşviqinə dəstək məqsədilə əlavə tədbirlər keçiriləcək
WUF13-də qeydiyyatdan keçənlərin sayı 20 minə çatıb
WUF13-də qeydiyyatdan keçən ölkələrin sayı 176-ya çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
