WUF13 çərçivəsində şəhər davamlılığı və vətəndaş iştirakı müzakirə olunub
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Vətəndaşların İştirakı və Strateji Ünsiyyət Vasitəsilə Şəhər Davamlılığının Gücləndirilməsi adlı tədbir keçirilib.
"Sizinxeber.az"un məlumatına görə, tədbirdə Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin müəllimi Törəxanım Nəsrullayeva şəhərsalma layihələrində vətəndaşların iştirakından danışıb.
Tədbirdə qeyd edilib ki, bu gün əsas şəhər problemlərindən biri vətəndaş iştirakının aşağı olması, zəif kommunikasiya kanalları və yüksək dərəcədə mərkəzləşdirilmiş şəhərsalma sistemləridir.
Tədbirdə şəhərsalma məsələsində beynəlxalq təcrübələrə toxunulub.
Vurğulanıb ki, Sinqapurda rəqəmsal platformalar vətəndaşlara mənzil və şəhərsalma qərarlarında aktiv iştirak etməyə kömək edir. Həmçinin texnologiyanın yalnız texniki bir təkmilləşdirmə deyil, həm də institutlar və icmalar arasında sosial körpü olduğu qeyd olunub.
Tədbir müzakirələrlə davam edib. İştirakçılar şəhərsalma problemləri ilə bağlı fikirlərini bölüşüblər.
Oxşar xəbərlər
WUF13-də qeydiyyatdan keçənlərin sayı 20 minə çatıb
Emin Hüseynzadə: Bakıda WUF13 çərçivəsində dörd fərqli tədbir ilk dəfə keçiriləcək
TDT-yə üzv dövlətlər şəhərsalma sahəsində anlaşma memorandumu imzalayıb
BMT-nin iclasında WUF13 müzakirə edilib
WUF13-də qeydiyyatdan keçən ölkələrin sayı 176-ya çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
-
Dövlət Komitəsinin sədri: "İqtisadi canlanma azad olunmuş ərazilərin bərpasının vacib hissəsidir"
-
İlham Əliyev: "Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
-
Vahid Hacıyev: Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası kimi inkişaf etdirilir
